ÖZÜNÜZÜ ALDATMAYIN! Siqareti tərgitmə qərarı verdiyiniz zaman bunları gözönündə tutun:
v Həyatınız boyu çox problemlə qarşılaşdınız və bunları öz iradənizlə həll etdiniz.
v Hər gün çox şeyə döş gərirsiniz və bacarırsınız.
v Öz qərarlarınızı özünüz verirsiniz, məqsədlərinizi özünüz müəyyənləşdirirsiniz. Siqaretə də özünüz başlamışdınız, unutdunuzmu?
v Siz zəif xarakterli bir insan deyilsiniz. Əgər elə olsaydı, keçmişdəki cox hadisəyə dözə bilməzdiniz. Siqareti də beləcə tərgidə bilərsiniz.
v Həyatınız boyu çox insana kömək etdiniz, dəstək oldunuz. Dostlarınız sizə hər zaman etibar edir. Siz cavabdehlik hissi olan bir insansınız.
v Siqaret çəkmək ya da çəkməmək sizin öz seçiminizdir. Əgər həqiqətən istəmirsinizsə çəkməzsiniz.
v İlk səfərdə bacarmasanız da təkrar yoxlayın mütləq bacaracaqsınız.
UNUTMAYIN! TƏRGİDƏ BİLƏRSİNİZ!
SİQARETİ TƏRGİTMƏNİN İYİRMİ ASAN YOLU
1. Özünüzə inanın və güvənin. Siqareti tərgidə biləcəyinizə inanın. Həyatınızda daha əvvəllər bacardığınız çətin işləri düşünün. Siqareti də tərgidə biləcəyinizi düşünün.
2. Bu siyahıyı oxuduqdan sonra, təklifləri özünüzə tətbiq edin və siqareti tərgitmək üçün öz planınızı hazırlayın.
3. Siqareti tərgitmə səbəblərinizi və tərgitdiyiniz zaman qazanacaqlarınızı yazın:
Məsələn: daha uzun yaşamaq, özünüzü daha yaxşı hiss etmək, pul yığmaq. Siqaret çəkən hər kəs bunun zərərlərini bilir və tərgitmək istəyir, siz bunu yazılı hala gətirin və hər gün oxuyun.
4. Ailənizdən və dostlarınızdan siqareti tərgitmə qərarınızı dəstəkləmələrini istəyin. Sizə yardımçı olmalarını ancaq qətiyyən sizi günahkar hesab etməmələri lazım olduğunu söyləyin. Siqareti tərgitdiyiniz ilk günlərdə çətinlik çəkəcəyinizi və sizə qarşı anlayışlı davranmalarını xahiş edin.
5. Siqareti tərgitmək üçün bir gün müəyyən edin. Bu günün yeni həyatınız üçün bir başlangıc olduğunu düşünün.
6. Siqareti tərgitmək üçün bir həkimlə məsləhətləşə bilərsiniz və onun yardım və təkliflərini ala bilərisiniz.
7. İdmanla məşğul olmağa başlayın. Haftada 3-4 kərə, 30-40 dəqiqə idman edin.
8. Hər gün 3-5 dəqiqə tənəffüs gimnastikası edin. Gözlərinizi yumun. Burnunuzdan dərin nəfəs alın, nəfəsinizi bir neçə saniyə tutun və çox yavaş bir şəkildə ağzınızdan verin. Nefes gimnastikasıedərkən, hər dəfə daha təmiz və daha rahat nəfəs aldığınızı görəcəksiniz.
9. Biri sizə siqaret təklif edərsə almayın, çəkmirəm deyin. Bu sizin özünüzə olan güvəninizi artıracaqdır.
10. Siqaret tamamən tərgidəcəyiniz günə yaxınlaşdıqca, siqaret miqdarını azaldın. Hər gün neçə ədəd siqaret çəkəcəyinizi planlaşdırın, bu rəkəmi hər gün bir dənə azaldın. Hər gün başqa bir marka siqaret alın, dünəndən qalan qutuyu atın. Siqaret qutunuzu bir başqasına verin, beləcə hər siqaret çəkmək istədiyiniz zaman ondan istəemək məcburiyyətində qalacaqsınız.
11. Çox adam siqareti yavaş-yavaş tərgidə bilməyəcəyini, ancaq bir səfərdə tərgidə biləcəyini düşünür. Hansı metodun sizə daha uygun olduğuna qərar verin.
12. Siqareti tərgitmək istəyən bir dostunuz varsa bərabər daha asan olacaqdır.
13. Dişlərinizi təmizlətin və hər zaman təmiz saxlayın.
14. Siqareti tərgitdikdən sonra özünüzü mükafatlandırın.
15. Çox su için. Su hər mənada vücudunuz üçün faydalıdır.
16. Siqareti ən çox nə zaman istədiyinizi düşünün və bunu yerinə xoşunuza gələn başqa bir iş görün.
17. Əlinizdəki və ağzınızdakı boşluq hissini aparmaq üçün bir şey tapın, məsələn: su için, saqqız çiynəyin, ləbləbi yeyin vs.
18. Siqareti tərgitmə mövzusunda düşüncələrinizi yazın. Bunu hər gün oxuyun.
19. Yanınızda sizin üçün çok əhəmiyyətli birinin şəklini gəzdirin, bir kağıza siqareti tərgidəcəyimə söz verirəm yazın, hər siqaret istədiyiniz zaman bu şəkilə və yazıya baxın.
20. Siqaret çəkmək istədiyiniz zaman, bir siqaret yandırmaq yerinə hisslərinizi bir gündəliye yazın. Bu gündəliyi hər zaman yanınızda gəzdirin.